Qanlı 20 Yanvar

 

Yanvarın 19-da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar” adlı tədbir keçirilmişdir. 5 saylı uşaq bağçası-körpələr evinin balaca fidanlarının iştirakı ilə keçirilən tədbirdə Mərkəzin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva faciəni əks etdirən sərgi haqqında uşaqlara məlumat vermiş, faciəni şəkillərin dili ilə onlara izah etmişdir. Sonra balacalar 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirmişlər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər