Şəhidlərin xatirəsinə dərin ehtiram

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsində, həmkarlar təşkilatı üzvlərinin I Qarabağ müharibəsinin iştirakçısı olan təhsil işçiləri ilə görüşü keçirilib. Görüş zamanı I Qarabağ və Vətən müharibələri dövründə erməni təcavüzünə qarşı mübarizədə, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə igid Azərbaycan oğullarının göstərdiyi misilsiz qəhrəmanlıqlardan söz açılıb. Görüş iştirakçıları tərəfindən 20 Yanvar, o cümlədən I və II Qarabağ müharibəsi şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Şərhlər