Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbində ”20 Yanvar – milli azadlıq hərəkatının qəhrəmanlıq tarixi və xalqımızın qan yaddaşıdır” mövzusunda dəyirmi tədbir keçirilib.
Tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Öncə 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qanlı faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra 11 saylı tam orta məktəbinin direktoru Lətafət Əlizadə və başqaları çıxış edərək bildiriblər ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıb. Bu gün qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi həkk olunub.