Ağcabədidə intiharın qarşısı alınıb

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar.

Rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara cəhd edib.

Hadisəyə şahid olan kənd sakinləri bu barədə FHN-nin Qarabağ Regional Mərkəzinə xəbər verib. Hadisə yerinə gələn xilasedicilər T.Savalanovu intihar etməsinin qarşısını alıblar. T.Savalanov ilkin ifadəsində elektrik enerjisinin kəsildiyi üçün intihar etmək istədiyini deyib.

Faktla bağlı araşdırma başlanıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com