Respublika fənn olimpiadalarına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən respublika fənn olimpiadalarına start verilib.

22 yanvar 2022-ci il tarixdə  olimpiadanın birinci yəni rayon mərhələsi keçirilib.

Olimpiada 9, 10 və 11-ci siniflər, həmçinin xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri arasında riyaziyyat, fizika,kimya, biologiya, informatika, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyat fənləri olmaqla 8 fənn üzrə təşkil olunur.

Fənn olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Qeyd edək ki, Ağcabədi rayon məktəbləri arasında keçirilən birinci mərhələdə 387 şagird iştirak edib.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər