Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan şəxslər cərimələniblər.
Belə ki, yas mərasimi təşkil edən Ağcabədi şəhər sakinləri Namiq Hüseynov və Əsgər Hüseynov 400,həmin mərasimdə iştirak edən digər şəhər sakinləri İlqar İsmayılov, Oqtay Cəfərov, Qaryağdı Hacızadə, Əkbər İsmayılov, Məcid Vəliyev, Biləğan kənd sakini Yalçın Bayramov isə 200 manat məbləğində cərimə olunublar.