Peyvənd olunanların sayı artır

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam etdirilir. Gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edən sakinlər müayinə edilərək peyvənd olunurlar. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, indiyədək rayonda 67 min 837 nəfər I, 62 min 662 nəfər II və 34 min 481 nəfər isə III doza üzrə vaksinasiya edilmişdir. Vaksinasiya tədbirləri mərkəzi xəstəxana ilə yanaşı, qəsəbə, kənd tibb məntəqələrində də həyata keçirilir. Bundan əlavə, rayon sakinlərinin peyvənd olunması üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən yaradılmış 5 həkim briqadası da əhaliyə səyyar xidmət göstərir. Yaşlı və hərəkət məhdudiyyəti olan şəxslərin peyvənd edilməsi sözügedən həkim briqadaları tərəfindən evlərdə təşkil olunur. 

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləVəzifəli şəxs vəfat edib
Növbəti məqalədəCərimələniblər

Şərhlər