Ağcabədidə xuliqanlıq əməli törədilib. Belə ki, Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Əlisahib Rüstəmov Kapital Bank ASC-nin Ağcabədi filialının binasında yerləşən məlumat lövhəsinin buklet qabını və temperatur ölçü cihazını heç bir əsas olmadan yerə vuraraq yararsız hala salıb. Ə.Rüstəmov bununla kifayətlənməyərək bank filialının əməkdaşlarını da təhqir edib.
Faktla bağlı araşdırma aparılır.