Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının gördükləri tədbirlərə baxmayaraq, bölgənin ayrı-ayrı inzibati ərazi vahidlərində sakinlər tərəfindən hələ də koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarının pozulması hallarına yol verilir. Bu cür hallara ən çox yas mərasimləri təşkil edilməsi zamanı rast gəlinir.
Yanvarın 24-də yas mərasimləri təşkil etdiklərinə görə rayonun Köyük kənd sakini Elnur Cəfərov400, Kəbirli kənd sakini Allahyar Zeynalov, Hindarx qəsəbə sakini Kamil Musayev və Yuxarı Qiyaməddinli kənd sakini Əşrəf Mamedov 200 manat məbləğində cərimə olunublar.
“Aran”