“Gənclər həftəsi” çərçivəsində Ağcabədidə inşa-yazı müsabiqəsi keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbdə “Azərbaycan Gəncləri – Azərbaycanın Gələcəyi” adlı inşa-yazı müsabiqəsi keçirilib.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə məqsəd Azərbaycan Gəncləri Gününün 25 illiyinin qeyd olunması, ulu öndər Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir.

İnşa-yazı müsabiqəsinin qaliblərinə Gənclər Gününə həsr olunmuş ümumrayon toplantısında Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər