Taekvando üzrə Ağcabədi rayon turnirində 52 idmançı mübarizə aparıb

2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbdə taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri keçirilib.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 52 nəfər taekvondoçu iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar. Yekunda ayrı-ayrı çəki dərəcələri üzrə qalib idmançılara diplom və medallar təqdim olunub.Mənbə: azertag.az

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər