7.5 C
Aghjabadi

Ağcabədi və bəzi rayonlarda meyvə bağları sığorta ediləcək

Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə xurma bağlarının güzəştli sığortasına başlayıb.

Verilən məlumata görə, artıq xurma bağlarının sahibləri öz təsərrüfatlarını və məhsullarını dövlətin dəstəyi ilə güzəştli şərtlərlə sığorta edə bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığotanın əhatə etdiyi bitkilərin sayı 14-dən 41-ə qaldırılıb, o cümlədən əksər meyvələr, o cümlədən xurma bu siyahıya daxil edilib.

Xurma – Azərbaycanda geniş yayılmış və fermerlərə böyük qazanc gətirən meyvədir. Hazırda ölkədə ümumilikdə 13 min hektardan artıq xurma bağı var. Ən çox xurma əkinləri Göyçay, Şəmkir, Ağdaş, Xaçmaz, Ucar, Balakən, Goranboy, Samux, Bərdə, Ağcabədi və Zaqatala rayonlarındadır.

Xurma xaricə ən çox ixrac olunan və ölkəyə valyuta gətirən məhsullardandır. 2021-ci ildə xurmanın ixracı Azərbaycana 126 milyon ABŞ dolları vəsait gətirib.

Dövlət dəstəkli aqrar sığorta xurma və digər meyvələri dolu; yanğın; zəlzələ, torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50%-ni, yəni yarısını fermerə dəstək üçün dövlət ödəyir.

Xürma bağları üzrə sığorta haqqı regiondan, məhsuldarlıq göstəricisindən və məhsulun qiymətindən asılı olaraq dəyişir. Ölkənin müxtəlif regionlarında xurmanın baza zərfi üzrə sığorta tarifləri 2,14 – 4,36% arasındadır.

1 hektar xurma bağının sığortası zamanı:

1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri – sığorta məbləği 4 000 manat təşkil edir.

Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 86-174 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 43-87 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.

Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 3 600 manat təşkil edir.

Əlavə sığorta haqqı ödəməklə meyvələri şaxtavurma (donvurma) riskindən, dolu vurması nəticəsində baş verən keyfiyyət itkisindən, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq olar.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə xurma ilə yanaşı, xurma, alma, armud, alça, albalı, gilas, ərik, şaftalı (nektarin), çiyələk, gavalı və heyva bağlarını da aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər