Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. Yığıcağa rayon icra hakimiyyətinin kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, pambıq emalı müəssisələrinin rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri qatılıblar.

            Yığıncağın işində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak edib. Rayon rəhbəri tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rövşən Nağı oğlu Əhmədovu bu münasibətlə təbrik edərək medalı və rayon icra hakimiyyəti başçısının Fəxri fərmanını ona təqdim edib. İcra başçısı qeyd edib ki, Rövşən Əhmədov həm YAP Ağcabədi rayon təşkilatının sədri, həm də rayon icra hakimiyyəti başçısının birinci müavini kimi vəzifəsini layiqincə yerinə yetirib.

             Təqdimatdan sonra, COVİD-19 pandemiyasına qarşı rayonda həyata keçirilən mübarizə tədbirləri, pambıq sahələrində əkinə hazırlıq işlərinin təşkili, baramaçılığın inkişafı üçün çəkil bağlarının suvarılmasının təşkili, təsərrüfatbaşına kitablarının işlənilməsi və sair barədə məsələlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com