Ağcabədidə “Gənclər həftəsi” çərçivəsində gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində gənclərin Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri ekskursiya zamanı gənclər Mərkəzi, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva gənclərə Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Gənclər dahi rəhbər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər