30.2 C
Aghjabadi

Gənclər hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir

Ağcabədidə Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurəddin Hacıyev, peşəkar idarəçi və biznes-konsultant Fəxri Ağayev, “Saffarma və Medical Media” MMC-nin İnsan resursları üzrə direktoru Fəridə Hüseynova, “Bank VTB” ASC-nin biznes kreditləri üzrə baş mütəxəssisi Minar Abdullayev, “M-Trans” MMC-nin direktoru Ayaz Allahverdiyev, “AZRİB” MMC-nin direktoru Zəka Cəmilov, “Aztrade Company”nin direktoru Röyal Umudov, GTM-in Qarabağ ofisinin, Ağcabədi regional “ASAN xidmət” Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak ediblər.

GTM-in Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. O qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.

Tədbir “Peşəkar həyat və karyera” mövzusunda şəxsi inkişaf və karyerayönümlu təlim-seminarla davam edib. Fəxri Ağayevin təqdimatında “Uğurlu karyera” adlı mühazirədə təlimçinin peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğu haqqında məlumat verilib.

Təlimin yekununda uğurlu karyera mövzusunda iştirakçıları düşündürən suallar cavablandırılıb və 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup fəal gəncə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər