Breyn Rinq üzrə yarışı

1 fevral 2022-ci il tarixdə isə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində gənclər arasında Breyn Rinq üzrə rayon turniri keçirilmişdir.

Turnirdə 11 komanda mübarizə aparmışdır.  Yarışınsonunda Əkbər Alıyev adına şəhər 12 saylı tam orta məktəbinin “IV Hiss” komandası I, şəhər 1 saylı tam orta məktəbinin “Oğuz” komandası II, Mirzə Fətəli Axundzadə adına şəhər 3 saylı məktəb-liseyin “Dəmir Yumruq” komandası isə III yerə laiq görülmüşdür. Qalib gəlmiş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər