Gənclər Günü münasibəti ilə ümumrayon toplantısı keçirilib

2 fevral 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününün 25 illiyinə həsr olunmuş “Azərbaycan Gəncləri – Azərbaycanın Gələcəyi” devizi altında ümumrayon tədbiri keçirilib. 

Öncə gənclərin iştirakı ilə ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi yad edilib.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Vətən müharibəsi iştirakçıları, təhsil, səhiyyə, mədəniyyət, media və digər sahələrdə çalışan gənclərin iştirakı ilə onlayn tədbirə başlanılıb.

Ümumrayon toplantısını Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib. R. Quliyev çıxış zamanı vurğulayıb ki, ümummilli lider Heydər Əliyev  – Azərbaycan Gəncləri Günü ilə bağlı 1997-ci ilin fevral ayının 1-də sərəncam imzalamışdır. 1996-cı il fevralın 2-də isə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin birinci Forumu keçirilmişdir. Həmin tarixdən etibarən 25 ildir ki, ölkəmizdə hər il fevral ayının 2-si Gənclər günü kimi qeyd edilir.

Sonra Ağcabədi İntellektual Klubunun kapitanı, İtaliyanının Venesiya şəhərində yerləşən Ka Foskari Universitetinin magistratura pilləsi üzrə təhsil alan Fərid  Abuşzadə, Vətən müharibəsinin iştirakçısı Elgün Həsənov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova məruzə ətrfında çıxış ediblər.

Tədbir zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. Natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günününhər il ölkəmizdə, eləcədə rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulayıb. 

Rayon rəhbəri xüsusi olaraq qeyd edib ki, ölkəPrezidenti cənab İlham Əliyev gənclərlə hər görüşündə dəfələrlə bildirdiyi kimi, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür. Bu gün vətənimizin gələcəyi olan gənclərimiz yüksək vətənpərvərlik ruhuna, mübarizlik keyfiyyətlərinə malikdir. Onlar Vətən müharibəsində nəyə qadir olduqlarını bir daha sübut ediblər.

Tədbirin sonunda Rafil Hüseynov rayonun ictimai-siyasi və idman həyatında fərqlənmiş bir qrup gəncin Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edildiyini bildirib və onlara uğurlar arzulayıb.

Şərhlər