16.7 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Həmidə xanım Cavanşir haqqındamaraqlı tədqiqat əsəri

XIX əsrin sonu, XX əsrin birinci yarısında Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələrindən sayılan həmyerlimiz Həmidə xanım Cavanşir öz geniş maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə xalqımızın maariflənməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın, xeyirxahlıq ənənələrinin inkişafında önəmli xidmətlər göstərib.

Onun bu çoxcəhətli fəaliyyəti Azərbaycan ədəbiyyatının parlaq simalarından olan böyük dramaturq, yazıçı və naşir Cəlil Məmmədquluzadə ilə ailə həyatı qurduqdan sonra daha da genişlənib, daha məhsuldar bir mərhələyə qədəm qoyub. Həmidə xanım əvvəllər yaşadığı Kəhrizli kəndində, Qarabağda, sonralar isə Bakıda əhalinin savadlanması üçün əlindən gələni əsirgəməyib, ziyalılara, söz sənəti adamlarına əvəzsiz dəstək və köməkliklər göstərib.

Ölkəmizdə sovetlər dönəmində, xüsusilə müstəqillik illərində Həmidə xanımın həyat və fəaliyyətinin tədqiq olunması istiqamətində mühüm addımlar atılıb. Lakin akademik İsa Həbibbəylinin dediyi kimi, bu fədakar qadının çoxşaxəli fəaliyyətinin hərtərəfli öyrənilməsinə hələ də böyük ehtiyac vardır. Son vaxtlar bir çox alimlər, tədqiqatçılar tərəfindən bununla əlaqədar olaraq müəyyən araşdırmalar aparılır, kitablar, məqalələr dərc olunur. Pedaqogika üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfovun Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr etdirdiyi “Həmidə xanım Məmmədquluzadənin maarifçilik fəaliyyəti” adlı kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. “Şuşa mədəni-maarif məktəbi”, “Gövhərağa Cavanşirin maarifçilik fəaliyyəti”, “Qarabağda kitabxana işinin tarixi”, “Cocuq Mərcanlı məscidi: İslamı dəyərlərə töhfə” və sair kimi maraqlı əsərlərin müəllifi olan Ə.Nəcəfov sözügedən kitabında Həmidə xanım Məmmədquluzadənin həyata keçirdiyi geniş maarifçilik işlərinin yeni bir baxışla işıqlandırılmasına çalışıb.

Əsərdə qeyd edildiyi kimi, dövrünün məşhur yazarı və ziyalısı olan atası Əhməd bəy Cavanşirin yolunu davam etdirən Həmidə xanım çar zülmü altında inləyən xalqın xilas yolunu onun savadlanmasında görüb. Bu məqsədlə o, ata-baba yurdu Kəhrizli kəndində məktəb tikdirib, ətraf ərazilərdə yaşayan uşaqları, gəncləri təhsilə, savada cəlb edib. Bu vətənpərvər insan bununla yanaşı, Kəhrizlidə toxuculuq sexi, dəyirman inşa etdirib, geniş təsərrüfat və suvarma işlərinə başçılıq edib, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması üçün sakinlərin, xüsusilə uşaqların peyvənd olunması məqsədi ilə ciddi tədbirlər görüb.

Yüksək intellektə malik ziyalı olan Həmidə xanım 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya pambıqçılarının qurultayında Qarabağ bölgəsinin o zamankı bütün problemlərini cəsarətlə dilə gətirib, onların həlli yollarını göstərib. Qeyd edildiyi kimi, böyük demokrat Mirzə Cəlil ilə ailə qurması Həmidə xanımın həyatında xüsusi bir önəm daşıyıb. O, Mirzə Cəlil ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində dövlət müstəqilliyimizin fəal iştirakçısı olub, mühüm maarifçilik işləri həyata keçirib, əhalinin, xüsusilə qızların təhsil almasını daim diqqət mərkəzində saxlayıb. Bu da sonrakı illərdə öz yüksək nəticələrini verib.

Həmidə xanım 1918-1920-ci illərdə erməni cəlladlarının ölkəmizin hər yerində soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə, kütləvi qırğınlara kəskin mövqeyini nümayiş etdirib. O, öz silahlı atlı dəstəsi ilə Əsgəran qalasını yarıb keçərək, Şuşaya yardım göstərilməsinə nail olub. Əsərdə haqlı olaraq göstərildiyi kimi, Azərbaycan ədəbiyyatına diqqət və qayğı Həmidə xanım Cavanşirin maarifçilik fəaliyyətində xüsusi bir yer tutub. Atası Əhməd bəyin əsərlərini toplayıb, Tiflisdə kitab şəklində çap etdirməsi, “Molla Nəsrəddin” jurnalının nəşrinə, onun əməkdaşlarına, yazarlara göstərdiyi maddi və mənəvi yardımlar, sonralar Mirzə Cəlil və Mir Cəlalın əsərlərinin rus dilinə tərcümə edərək çap etdirməsi bunu aydın göstərir. Həmidə xanımın görkəmli ziyalılar, Mirzə Cəlil və digər “Molla Nəsrəddin”çi şair və yazıçılar haqqında qələmə aldığı xatirələr də bu gün yüksək əhəmiyyətə malikdir. Onun “Xatirələrim” adlı kitabı Azərbaycan memuar ədəbiyyatının ən qiymətli nümunələrindən hesab olunur. Ə.Nəcəfov “Həmidə xanım Məmmədquluzadənin maarifçilik fəaliyyəti” adlı kitabında çox vacib tarixi məqamlara toxunub, tutarlı faktlarla Həmidə xanım Məmmədquluzadənin həyat və fəaliyyəti haqqında bilgilərimizi daha da zənginləşdirib. Tədqiqat əsəri bu səbəbdən də geniş oxucu auditoriyasının, mütəxəssislərin diqqətini çəkib.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər