”Gənclər Həftəsi” çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsinin təşkilatçılığı ilə şeir müsabiqəsi təşkil olunub.
Şeir müsabiqəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Aran qəzetinin redaktoru, Məhsəti Musa, Ağcabədi Rayon Mədəniyət Mərkəzinin əməkdaşı, bədii qiraətçi Gündüz Sevindik, təhsil işçiləri iştirak etmişdir.
40 nəfərin qatıldığı müsabiqəni giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasətindən söz açmış və müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.
Maraqlı şeir kompozisiyaları ilə yadda qalan müsabiqənin yekun nəticələrinə əsasən münsiflər heyəti tərəfindən Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbinin şagirdi Xalidə Quliyeva I, şəhər 5 saylı tam orta məktəbinin şagirdi Aytac Fərzəliyeva II, Mirzə Fətəli Axundzadə adına şəhər 3 saylı məktəb-liseyinin şagirdi Tamella Zeynallı və şəhər 1 saylı tam orta məktəbininşagirdi Jalə Hüseynova isə III yerə layiq görülmüşlər. Qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.