Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbində taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri keçirilmişdir.
Turnirdə 52 nəfər idmançı iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışlar.
Turnirin sonunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara diplom və medallar təqdim olunmuşdur.