Ağcabədidə bədbəxt hadisə baş verib.
Hadisə şəhərin Qarabağ küçəsində baş verib. Rayonun Şahsevən kənd sakini, 29 yaşlı Qiyas Hüseynov fəhlə kimi çalışdığı evdə yıxılıb. Bu zaman üzərinə mişar daşları tökülən Q. Hüseynov orda dünyasını dəyişib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.