2.1 C
Aghjabadi

Dilin bəlaları : Qeybət və iftira

Qeybət və iftira təhlükəli bəlalardandır.
Qeybət bir insanın özü olmadığı yerdə onun xarici görkəmi, əxlaqi keyfiyyətləri, həyat tərzi ilə bağlı arxasınca xoşagəlməyən sözlərin danışılmasına, həmin şəxsin eşidəcəyi təqdirdə onun narahat olacağı, xətrinə dəyəcəyi söz-söhbətə deyilir.
İnsanlara böhtan atmaq, onlar haqqında iftira söyləmək, qeybət etmək günah sayılır. Çünki belə söz-söhbət insanlar arasındakı sevgi, məhəbbət, dostluq hislərini zəiflədir, onları küskünlük, hətta düşmənçilik hisləri ilə əvəz edir. Bundan əlavə, nəinki sözlə, hətta davranış və mimikalarla belə başqasının nöqsan və çatışmazlıqlarını göstərmək, üzə vurmaq mənəviyyat və etik normalar baxımından düz deyil.
Qeybət başqalarını gözdən salmaq və alçaltmaqla özünü yüksək tutub başqalarında isə nöqsan axtarmağa alışdırar.

Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özümüzü ucaltdığımızı sanmaqdır. (Rene Dekart)


Başqalarının sözlərini sənə çatdıran şəxs, bil ki, sənin də sözlərini onlara çatdırır.(Həsən əl-Bəsri)

Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır.(Ceyms Rendal)

Qeybətin fərdi zərərindən başqa, ictimai zərəri də vardır. Belə ki qeybət insanlar arasındakı səmimi münasibətləri məhv edərək dedi-qodu, inciklik, küskünlük kimi arzuedilməz nəticələrə gətirib çıxarır. Qeybət olan ailələrdə, dost-tanış, qohum-qardaş arasında, cəmiyyətdə asayiş, sevgi, birlik olmaz. Hamı bir-birindən şübhələnər, bir-birinə güvənib səmimi söz danışmaz. Hal-əhval tutduğunuz adamlar sizdən ayrılanda içinizdə şübhə, tərəddüd hakim olar. “Görəsən, mən gedəndən sonra arxamca nə danışdılar? Necə qeybət etdilər?” kimi düşüncələr sizin rahatlığınızı əlinizdən alar. Gərəksiz yerə başqalarına qarşı mənfi hislər oyadar.İnsanlar haqqında deyilən yalan iftira hesab edilir. İftira da ruhun bir başqa “xəstəliyidir”. İftira hər hansı bir şəxsə atılan böhtan və şərdir.

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər