Fevralın 6-sı saat 15 radələrində Ağcabədinin Şənlik kənd sakini Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Verilən məlumata görə, müəyyən edilmişdir ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.