Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz xalqımıza böyük sevinc və qürur hissi yaşatdınız. Bu gün məhz Sizin sayənizdə şəhidlərimizin ruhu şaddır.
Hörmətli Prezident, mən bir şəhid atası olaraq Sizdən çox razıyam. Etdiyimiz müraciətlərlə bağlı hər zaman lazımi tədbirlər görülür. Çox sağ olun ki, dəstəyinizi və qayğınızı biz şəhid ailələrindən heç vaxt əsirgəmirsiniz. Sizə minnətdarıq.
Uca Allahdan Sizə cansağlığı, işlərinizdə daim uğurlar arzu edirəm.
Hörmətlə,
Mamedov Qafar Camal oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.
Mənbə : Prezident.az