30.2 C
Aghjabadi

Azərbaycanın Beynəlxalq bazarlara qaz ixracı artıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 fevral 2022-ci il tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edib.

Dövlət başçısı çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıblar. Bu sahədə hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsitamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.

Qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Prezident İ.Əliyev xüsusi olaraq vurğulayıb ki,Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır.

Bu gün ölkəmizin isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Ən böyük yataq “Şahdəniz”dir – bir trilyon kubmetr. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq.

Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir.

-Respublikamızda əhalinin sayının artması ilə əlaqədar daxili tələbatımızın da yüksəldiyini bildirən ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye inkişaf edir. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb.

Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmişərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac yaranıb. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Ona görə də, əlavə qaza ehtiyac var. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.

Əlamətdar haldır ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerjixətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Misal üçün, Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimikeçirilmişdir.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanınelektrik enerjisinə regional bazarda da ehtiyac varBu gün biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.

Dövlət başçısı sonda işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram hazırlandığını bildirib. Qeyd olunub ki, Energetika nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.

Eyni zamanda Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram da vardır. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər