YAP Ağcabədi rayon təşkilatının yığıncağı keçirildi

            Fevral ayının 4-də rayon Bayraq muzeyinin iclas zalında YAP ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirilib.

            Yığncağı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Elmar Məmmədov açaraq, Yeni Azərbaycan Partiyası idarə heyətinin qərarı əsasında YAP Ağcabədi rayon təşkilatının sədri  vəzifəsinə təyin olunan Əhmədov Rövşən Nağı oğlunu təqdim edib.

            YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək yenidən ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə öz minnətdarlığını bildirib, rayon təşkilatının ətrafında birləşən 16200-dən  artıq YAP üzvünün köməyi ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əzmlə mübarizə aparacağını qeyd edib. Natiq YAP rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında da məlumat verib.

            Yığıncaqda Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının VII Qurultayında təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq yeni struktura keçid barədə məlumat verib, partiya təşkilatlarının qarşısında qoyulan yeni tələblər barədə tövsiyələrini bildirib, yığıncaq iştirakçılarına siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

Yığıncaqda 1 saylı ərazi ilk təşkilatının sədri Səadət Kazımova, YAP veteranı Vaqif Qarayev, Salmanbəyli YAP ərazi ilk təşkilatının sədri Gülbikə Məmmədova, YAP Ağcabədi rayon təşkilatının idarə heyətinin üzvü Radə Qafarova çıxış edərək, Rövşən Əhmədovun rayon təşkilatının sədri təyin edilməsini düzgün seçim kimi dəyərləndirib, YAP fəalı kimi üzərlərinə düşən vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini səfərbərliyə alacaqlarını qeyd ediblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər