Ağcabədidə “Şəhid şəhər” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq “Şəhid şəhər” adlı sərgi təşkil edilib.

Sərgidə faciəni özündə əks etdirən fotolar, sənədlər, kitab və jurnallar və mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərləri nümayiş etdirilir. Sərgi fevralın 28-dək davam edəcək. Pandemiya qaydaları gözlənilməklə istənilən şəxs sərgi ilə tanış ola bilər.

Mənbə: azertag.az

Şərhlər