Bölgədə elektrik şəbəkələri yenidən qurulur

“Azərişıq” ASC tərəfindən rayonumuzda yenidənqurma işləri həyata keçirilir. Bölgədə abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün elektrik şəbəkələri yenidən qurulur. Artıq  rayonun Mehrablı, Ağabəyli və Cəfərbəyli kəndlərində istismar müddəti başa çatmış elektrik dirəkləri və  naqilləri yeniləri ilə əvəz olunub. Aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaq üçün rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, millət vəkili Tahir Rzayev, YAP rayon təşkilatının sədri Rövşən Əhmədov sözügedən kəndlərdə olub, sakinlərlə görüşüblər.

Qeyd edək ki, Mehrablı, Ağabəyli Cəfərbəyli kəndlərinin ərazisində quraşdırılan yeni transformatorlar həm əhali, həm də qeyri-əhali sektorunun abonentlərini normal elektrik enerjisi ilə təmin edəcək.

Rayonda “Azərişıq” tərəfindən yenidən qurma işləri davam etdirlir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com