Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mövcud karantin qaydalarını pozan şəxslər cərimələnib.
Belə ki, yas mərasimi təşkil edən Qaradolaq kənd sakini Ruzigar Qarayev, şəhər sakini Vüsal Muxtarov, N.Nərimanov küçəsində yaşayan Etibar Mamedov, Təzəkənd kənd sakini Yusif Məmmədov, E.Sadıqov küçəsində yaşayan Yaqub Hacıyev, şəhər sakini Elmira Hacıyeva, Hüsülü kənd sakini Fikrət Rəhimov hər biri 200, toy mərasimi təşkil edən İmamqulubəyli kənd sakini Bəxtiyar İbrahimov isə 400 manat məbləğində cərimə olunublar.
Şəhər sakini Şavahət Mehdiyev qapalı məkanda tibbi maskadan istifadə etmədiyi üçün 100 manat məbləğində cərimə edilib.
“Aran”