Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” na əsasən
Su Komissiyasının 3 fevral 2022-ci ildə onlayn müşavirəsi keçirilib. Müşavirə zamanı Nazirlər Kabineti tərəfindən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə idarəetmə mexanizminin tətbiq edilməsi üçün aidiyyatı dövlət orqanlarının nümayəndələrindən ibarət bölgələrdə işçi qruplarının yaradılması tapşırılmışdır.
Bununla əlaqədar olaraq fevaralın 9-da Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçiləri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən idarə və təşkilatların, yerli bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan rayon rəhbəri əvvəlcə qonaqları salamlayıb, sudan səmərəli istifadə və sutəsərrüfatı obyektlərində artıq istifadənin aradan qaldırılması, müvafiq uçotun aparılması, eləcə də, bu sahədə nəzarətin təmin edilməsinin vacibliyini vurğulayıb.
Sonra mövzu ətrafında çıxış edənlər sudan istifadənin məqsədi, həcmi, ondan yararlanacaq olan əhalinin sayının dəqiqləşdirilməsi, yeraltı suların qorunması ilə bağlı təkliflərini, fikir və mülahizələrini bildiriblər.
Bununla əlaqədar yerlərdə maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi qeyd olunub. Tədbir geniş diskussiya və müzakirə şəraitində davam etdirilib.
“Aran”