22.8 C
Aghjabadi

Badam və qoz bağlarının güzəştli sığortası başladı

Son illər Azərbaycanda geniş yayılan və iş adamlarına böyük gəlir gətirən badam və qoz bağlarının sığortası başlayıb. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ilk dəfə olaraq badam və qoz bağlarının da sığortası mümkündür.

Aqrar Sığorta Fondundan “Qafqazinfo”ya verilən məlumatına görə, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə badam və qoz bitkiləri aqrar sığorta predmetlərinin siyahısına daxil edilib. Nəticədə bağ sahibləri öz əkinlərini yeni mexanizm vasitəsilə güzəştli şərtlərlə sığorta edə bilərlər.

Son illər Azərbaycanda badam və qoz bağlarının salınması geniş vüsət alıb. Hazırda ölkə ərazisində 2700 hektar badam bağı var, bunun yarısı intensiv və superintensiv bağlardır.

Ən çox badam bağları Abşeron, Qax, Ağsu, İsmayıllı, Siyəzən, Şamran və Füzulidədir. Qoz bağları isə 6 200 hektardan artıqdır. Ölkədə ən çox qoz bağları Oğuz, Şəki, Zaqatala, Quba, İsmayıllı və Ağcabədidədir.

Badam və qoz bağlarının aqrar sığorta haqqı regiondan və məhsuldarlıqdan asılıdır. Ölkənin müxtəlif regionlarda baza zərfi üzrə badam bağının sığortası üçün tariflər 1,56%-2,95% arasında, qoz bağı üçün tariflər isə 2,08%-4,20% arasında dəyişir.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər