2.1 C
Aghjabadi

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

Aqroparkın icraçı direktoru Elman Kərimov dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.

Məlumat verildi ki, aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir.

Qeyd olundu ki, “Ağcabədi taxıl Aqropark”ın təchizatı üçün 3 kilometr uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 kilometr uzunluğunda qaz xətti çəkilib.

Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Diqqətə çatdırıldı ki, ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən 20 min 721 ton məhsul – 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar götürülüb. Cari ildə aqroparkda 466 hektar sahədə pambıq, 100 hektarda popkorn, 1177 hektarda qarğıdalı, 146,5 hektarda buğda, 1050,45 hektarda arpa, 10 hektarda isə yonca əkilməsi nəzərdə tutulur.

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər