Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb, bir neçə təməlqoyma mərasimi keçirilib. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında söyləyib.