16 C
Aghjabadi
Bazar, May 29, 2022

Ağcabədi və ətraf rayonlarda müəllimlər partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinə cəlb olunub

Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müəllimlər üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə təlim proqramı” layihəsi çərçivəsində təlimlər davam edir.

İnstitutdan bildirilib ki, şagirdlərə mina və partlamamış hərbi sursat haqqında lazımi biliklər vermək və onları davranış qaydaları ilə yaxından tanış etmək məqsədilə ümumi təhsil müəssisələrinin müəllimləri üçün distant təlimlər təşkil olunub. Təlimlərə Ağdam, Ağcabədi, Daşkəsən, Goranboy, Göygöl, Tərtər, Bərdə və Xocavənd rayonları üzrə ümumilikdə 743 nəfərdən ibarət müəllim heyəti cəlb edilib. Təlimlərdə müəllimlərin minalar, onların növləri, minalanmış sahələr, risklər və onlardan qorunma yolları barədə bilikləri artırılır.

On iki akademik saatlıq təlimlər zamanı müəllimlər müvafiq mövzular üzrə nəzəri biliklər ilə yanaşı, həmçinin şagirdlərin mina təhlükəsinə dair daha yaxşı maarifləndirilməsi üçün praktik bacarıqlar əldə edirlər.

Qeyd edək ki, təlimlər Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə rayonlarının, eləcə də digər rayonlarda fəaliyyət göstərən məcburi köçkün ümumtəhsil müəssisələrinin müəllimlərini əhatə etməklə cari ilin fevral ayının sonunadək davam edəcək.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər