Ağcabədidə 5 kq-dan artıq heroin aşkarlandı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat Hüseynov saxlanılıblar.

Araşdırma zamanı onlara məxsus 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Vahidov və N.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: news.day.az

Şərhlər