Şəhid ailələri ziyarət olunub

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional Ofisinin bir qrup əməkdaş və könüllüləri şəhid Əliyev Mirağa Musa oğlu, Hüseynov Sahil Habil oğlu, Abbasov Akif Elşən oğlu və Məmmədov Məhəmməd Abbas oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı GTM Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı  torpaqlarımızın işğaldan azad edilməsində öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən söz açıb, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da onların ailələrinə qayğı göstərilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu qələbə Azərbaycan əsgərinin qanı, canı bahasına qazanılıb. Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün əsl nümunədir.

Ziyarət zamanı övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

GTM Qarabağ ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən ailələrə ərzaq bağlamaları çatdırılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com