17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

Ağcabədidə yaşayış binasına mərkəzi şəbəkədən su veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində çoxmənzilli yaşayış binaları mərkəzləşdirilmiş şəbəkələrə qoşulur,  binaların daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. 

İsmət Qayıbov küçəsində 7 çoxmənzilli yaşayış binasının içməli su təchizatı indiyədək məhəllədaxili subartezian quyusu hesabına aparılıb. Həmin binalarda mövcud olan 160 mənzil sakinlər tərəfindən fərdi və pərakəndə çəkilmiş su xətləri hesabına təmin olunub. Subartezian quyusunun imkanları və primitiv çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermirdi. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi isə mövcud olmayıb və tullantı suları yaxınlıqdan keçən şor kanalına axıdılır.  

Binaların mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulması və binadaxili sistemlərin yenidən qurulması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihə hazırlanıb və icrasına başlanıb. Layihəyə əsasən, binaların su təchizatı bundan sonra Ağcabədi şəhərinin şəbəkəsindən aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən əraziyə 600 metr uzunluğunda su xətti çəkilir. Binaların hər bir mənzili yeni çəkilən şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq. 

Binaların mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasını təmin etmək üçün 800 metr uzunluğunda tullantı su xətləri çəkiləcək və Ağcabədi şəhərinin mövcud kanalizasiya şəbəkəsinə birləşdiriləcək. 

Yeni layihənin icrası nəticəsində 7 binada yaşayan sakinlərin içməli su və tullantı su xidmətlərindən istifadəsi yaxşılaşacaq. 

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər