“Azərbaycan Respublikasında COVID-19 pandemiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da müvafiq mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır. Koronavirus infeksiyası fəsadlarının minimuma endirilməsi istiqamətində əhali arasında vacib tədbir kimi mərhələli vaksinasiya işləri aparılır.
Vaksinasiya tədbirləri rayon mərkəzi xəstəxanasında, eləcə də digər xüsusi məntəqələrdə uğurla təşkil olunur. Bu günə qədər rayonda ümumilikdə, 170 min 558 nəfər peyvənd olunub. Onların 66 min 726 nəfərini I, 61 min 630 nəfərini II, 42 min 202 nəfərini isə III doza üzrə təşkil edib.