Kikboksinq üzrə Ağcabədi rayon turnirində 46 idmançı mübarizə aparıb

Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin idman zalında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş kikboksinq idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 46 idmançı müxtəlif çəki dərəcələrində gücünü sınayıb. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan turnirin yekununda ayrı-ayrı çəki dərəcələrində birinci, ikinci və üçüncü yerlərə layiq görülən idmançılara Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

Şərhlər