Koronavirus pandemiyası əleyhinə müvafiq tədbirlərin həyata keçirilməsi davam edir. Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mövcud karantin qaydalarını pozan şəxslər cərimə ediliblər.
Yas mərasimi təşkil edən Hindarx qəsəbə sakini Namiq Allahverdiyev 400, şəhər sakini Qədir Süleymanov, Avşar kənd sakini Səməd Əkbərov, Şənlik kənd sakini Mübariz Ağayev, Hindarx qəsəbə sakini Nizami Həsənov, Hüsülü kənd sakinləri Məhərrəm Abbasov, Asəf Köçəriyev, Cəfərbəyli kənd sakini Mərdan Əliyev, Qaradolaq kənd sakini Elçin Abdulhüseynov, Şahsevən kənd sakini Arif Hüseynov, İmamqulubəyli kənd sakini Elgiz Mikayılov hər biri 200, qapalı məkanda tibbi maskadan istifadə etmədiyi üçün Cəfər Süleymanov isə 100 manat məbləğində cərimə olunublar.