Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadə edilməsində şübhəli şəxs müyəyyən edilib. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fərid Bayramov saxlanılıb. Axtarış keçirilən zaman onun üzərindən 3,813 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı istintaq aparılır.