Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonda Covid-19 pandemiyası əleyhinə görülmüş tədbirlər nəticəsində yas mərasimi təşkil edən şəxslər inzibati qayda da cərimələniblər.
Yas mərasimi təşkil edən Təzəkənd kənd sakini Yaşar Məmmədov, Aşağı Avşar kənd sakini Şamil İsmayılov 400, Muğanlı kənd sakini Əhməd Bayramov, Pərioğullar kənd sakinləri Natiq Cəfərov, İlqar Hüseynov, Kəbirli kənd sakini Əbülfət Kazımov, şəhər sakini Elman Quliyev, Qaradolaq kənd sakini Əli Əliyev 300, Kəbirli kənd sakini Tahir Cəlilov, Təzəkənd sakini Emin Qasımov, Hindarx qəsəbə sakini İlqar Ağayev, Hacıbədəlli kənd sakini Ramil Bədəlov isə 200 manat məbləğində cərimə olunublar.
Həmin yas mərasimlərində iştirak edən şəhər sakini Vüsalə Quliyeva, Əhməd Əliyev 300, Təzəkənd kənd sakini Güllü Məmmədova və Aşağı Avşar kənd sakini Ariz İsmayılov da 200 manat məbləğində cərimə ediliblər.