“Azəriqaz” rəhbərliyi Ağcabədi sakinlərini onlayn qəbul edəcək

Sabah, fevral ayının 25-də saat 12:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçiriləcək.

Baş direktor Ruslan Əliyev Bərdə rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağcabədi rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Beyləqan rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com