Xocalı soyqırımı XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsidir. Bu faciə unudulmamalı, xalqımızın qan yaddaşında həmişə yaşamalıdır.
Bu fikirlər Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Xocalını unutmayaq” adlı tədbirdə səslənib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları Elçin Cəfərov və Bəhruz Hacıyev, Ayaq Qərvənd kənd tam orta məktəbin direktoru Həqiqət Əliyeva, direktor müavini Cəfər Cəfərov, Birinci Qarabağ müharibəsi qazisi, Xocalı faciəsinin şahidi Oruc Cabbarov və başqaları çıxış edərək faciə haqqında şagirdlərə geniş məlumat verib, erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər.
Tədbirin sonunda Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib