13.5 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Ənvər Əhməd – Vətən yanğılı, Qarabağ sevdalı şair

Milli mənəvi duyğuların, vətənpərvərlik və Azərbaycançılıq ideyalarının təbliği, tarixi həqiqətlərin bu günün meyarları ilə qiymətləndirilməsi, vahid, bütöv mənəvi Azərbaycan uğrunda mübarizə, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında təzə söz demək hünəri, Nizamidən üzü bəri davam edən və poeziyamızın başlıca leytmotivini özündə əks etdirən humanizm konsepsiyasının davam etdirilməsi, insana xas olan ən nəcib, ən ülvi duyğuların tərənnümü… – bütün bunlar Ənvər Əhmədin poeziyasında uğurla əks olunub.

Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı illərin əvvəllərinə təsadüf edir. Onun üz tutduğu yol ənənəvi şeir yolu idi. Təbii ki, ədəbiyyata gələnlərin çoxunun asan sandığı, amma təzə söz deməyi çətindən çətin olan bu yolda duruş gətirmək hər şairə nəsib olmur. Altmışıncı illərin cavan şairlərindən bir çoxu bu “asanlığın” çətinliyini öz şair talelərində yaşamalı oldular. Necə etmək ki, çoxlarının üz tutduğu, varıb getdiyi o tanış yolda yeni bir cığır açasan? Necə etmək ki, Azərbaycan dilinin az qala istismar olunmuş, trafaret halına keçmiş yüzlərlə sözlərinə təzə can verəsən, ehya edəsən? Təbii ki, Ənvər Əhmədin poetik istedadının gücünə əsl şair kimi yoluna davam etdiyi poeziyada öz cığırı, izi olmalıydı və mən deyim ki, o, buna nail oldu.

Ustad Xəlil Rza onun haqqında yazırdı: “Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir.”

Ənvər Əhməd Qarabağı sevən, onun otunu, çiçəyini, dağını, dərəsini Vətən bilən, bayatısıyla şair olan bir söz ustadı kimi ədəbiyyatımızda öz yüksək yerini tutub. Şairin Qarabağ haqqında əsərləri, xüsusən, “Daş qanı” və “Xarıbülbül” poemaları keçən əsrin 90-cı illərinin şair düşüncəsində əks olunan ictimai-siyasi hadisələrinin ən doğru poetik reaksiyasıdır. Hər iki əsərdə işğal illərinin kədərli, bədbin ovqatından doğan nostalji motivlər diqqəti cəlb edir. Ancaq “Mən Şuşaya necə gedim?!” ovqatı ilə “Mən Şuşaya qayıdacam!” nikbin sədası arasında təbii ki, fərqli, bir-birini inkar edən məqamlar nəzərə çarpır. Ümidsizliyi ümid və inam əvəz edir.

“Xarıbülbül” poemasının əsas tərənnüm obyekti, əsas qəhrəmanı Şuşadır. Şuşa təkcə tarix və gözəllik mənbəyi kimi tərənnüm olunmur, Şuşa varlığın mənası, həyatın, gözəlliyin yaranışı kimi nəzərə çarpdırılır. Baş bədəndən, ürək candan ayrılmadığı kimi şair də Şuşadan ayrılmağı təsəvvürünə gətirmirdi.

“Tərəkəmə” poemasında isə “daş dəridən çarıq tapıb geyinən” müəllif bizə bircə-bircə tərəkəmələrin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları tanıdır. Əgər Ənvər Əhmədi bir şair və insan kimi tanımaq istəyirsinizsə, “Tərəkəmə”ni oxuyun: “Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erkiqarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla “tərəkəmə balası” deyə müraciət edirlər”.

Uzun zaman müharibə vəziyyətində olan bir məmləkətin vətənpərvər şairi kimi, Ənvər Əhməd təkcə vətənin dərdlərinin poetik rəsmini çəkmək haqqında deyil, həm də o dərdləri yox etmək haqqında fikirləşir, bu qayə ilə yazıb-yaradırdı.

Ruhu şad olsun!

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər