Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət” adlı onlayn rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqə iştirakçıları çəkdikləri rəsmlərin fotosunu mobil telefon vasitəsilə rayon Gənclər və İdman İdarəsinin təyin etdiyi vatsap nömrəsinə göndəriblər. Müsabiqənin yekununda göndərilən rəsmlərin fotoları münsiflər heyəti tərəfindən qiymətləndirilib, Nəzrin Hüseynli birinci, Fatimə Abbasova ikinci, Məryəm Mustafayeva üçüncü yerə layiq görülüb.
Qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.