16 C
Aghjabadi
Bazar, May 29, 2022

Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində tədbirlər keçirilir

                            

YAP Ağcabədi rayon təşkilatı Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər keçirir.

            YAP Ağcabədi rayon təşkilatı, Heydər Əliyev Mərkəzi və Gənclərin Inkişaf və Karyera mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında yığıncaq keçirilmişdir.

Tədbirdən əvvəl Xocalı soyqırımı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi  uğrunda həlak olanların xatirəsi I dəqiqəlik sükutla yad edildi.

Yığıncaqda YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Təhminə Seyidova, Gənclərin İnkişaf və Karyera mərkəzinin  layihələr və təlimlər üzrə mütəxəssisi Leyla Zalova çıxış edərək, Xocalı faciəsi barədə məlumat vermiş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri vəhşiliklər barədə öz fikirlərini bildirmiş, xocalıların qisasının ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 44 günlük Zəfər Qələbəsi zamanı alındığını diqqətə çatdırmışdır.

            Tədbirin sonunda yığıncaq iştirakçıları foyedə açılmış “Xocalı faciəsi KİV-lərdə, rəsm əsərlərində, kitab, qəzet və jurnallarda”  adlı sərgi ilə tanış oldular.

            Daha bir tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında məktəblilər arasında “Xocalı şəhidlərinin qanı yerdə qalmadı” mövzusunda keçirilən inşa yazı müsabiqəsi olmuşdur.

            Tədbir başlamazdan əvvəl YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov müsabiqə iştirakçıları qarşısında çıxış edərək, Xocalıda ermənilər tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklər barədə məlumat vermiş, həmçinin 44 günlük müharibədə qazanılmış qələbənin xocalıların qisasının alınması kimi dəyərləndirmiş, şagirdlərə uğurlar diləmiş və qeyd etmişdir ki, inşa yazı işləri münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra qaliblər YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər