Xocalı soyqırımı ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir. Ağcabədi Pedaqoji Kollecində də faciənin 30-cu ildönümü qeyd olunub.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində kollecin direktoru Mirələm İbrahimli, rayon gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qənbərov və başqaları çıxış edərək ermənilərin zaman-zaman Azərbaycan torpaqlarında, eləcə də Xocalıda törətdikləri insanlığa sığmayan vəhşiliklərindən, faciənin dəhşətlərindən, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsindən ətraflı söz açıblar.
Tədbirin sonunda kollecin tələbləri Xocalı Soyqırımına həsr olunmuş ədəbi-bədii şeir kompozisiyası ilə çıxış edibər.