Amansız qətliamın ildönümü

Fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin kollektivi Yaqub Məmmədov adına rayon mədəniyyət mərkəzində anım tədbiri keçirib. Sosial məsəfə saxlanılmaqla 150 nəfərin iştirakı ilə baş tutan tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin kollektiv üzvləri iştirak ediblər.

Öncə Xocalı soyqırımında dünyasını dəyişən soydaşlarımızın xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Anım tədbirində Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağcabədi MKS-nın direktoru Məhəbbət Əliyeva və Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları və rus silahlı bölmələrinin iştirakı ilə Xocalı şəhərində törədilən amansız qətliamdan geniş söz açıblar. Qeyd olunub ki, əliyalın, dinc insanlara qarşı dünyada misli görünməmiş belə bir terror aktının həyata keçirilməsi insanlığın, humanizmin, ədalətin ayaqlar altına atıldığı gündür.

Anım tədbirində Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında təqdim edilən musiqili ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər