Fevralın 24-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbində Xocalı faciəsinin 30- cu il dönümü ilə əlaqədar “Qalib Azərbaycan, Şəhid Xocalı” mövzusunda tədbir keçirilib.
Öncə Xocalı şəhidləırinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin aparıcısı Günel Kərimova Xocalı şəhidləri haqqında məlumat verib. Xocalıda baş verənlər, səbəbkarlar, 30 ildə yaşananlardan söhbət açıb.
Məktəbin Xoreoqrafiya şöbəsinin şagirdləri Xocalı faciəsi zamanı baş verən hadisələri səhnə şəklində canlandırıblar. Nəzəriyyə şöbəsinin şagirdlərinin hazırladıqları kompazisiya da tamaşaçıların diqqətini çəkib.
Tədbirdə iştirak edən Xocalı sakinləri yaşadıqları canlı tarixdən söhbət açıblar.
Tədbir “Qarabağ Azərbaycandır” şüarının səslənməsi ilə başa çatıb.